SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin “Alibaba” internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, 2019-cu ilin sonunda şirkətin bazar kapitallaşması 570 milyard dollara yaxınlaşıb və bu, ötənilki lider “Tencent” şirkətinin göstəricisindən (459 milyard dollar) çoxdur.

“Alibaba” bazar qiymətinin göstəricisinə görə, dünyada “Saudi Aramco”, “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook”dan sonra 7-ci yerdə qərarlaşıb.

"Çində real gəlirlərin artması, sürətlə inkişaf edən şəhərlərin sayının çoxalması “Alibaba”nın səhmlərinə müsbət təsir göstərir" - “EqualOcean” konsaltinq şirkətinin analitiki İvan Platonov “Nikkei” nəşrinə deyib.

BAKU.WS