SİZİN REKLAM BURADA!
055 213 76 73


"App Annie" analitik şirkəti son onilliyin ən populyar proqram və oyunlarının adını açıqlayıb.

BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, "Facebook", "Facebook Messenger" və "WhatsApp" proqramları ən çox yüklənən proqramların siyahısında liderdirlər.

İlk beşliyi "Instagram" və "Snapchat" tamamlayıb.

Son onilliyin ən populyar oyunu Danimarkanın "Kiloo" şirkəti tərəfindən hazırlanmış "Subway Surfers" olub. "Candy Crush Saga" oyunu ikinci pillədə qərarlaşıb. "Temple Run 2" oyunu isə üçüncü olub.

Analitiklər, həmçinin ən gəlirli proqramların reytinqini tərtib ediblər. "Netflix" striminq xidməti birinci, "Tinder" tanışlıq proqramı ikinci, "Pandora Music" üçüncü pillədə qərarlaşıb.

BAKU.WS