SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirilməsində ittiham olunan 5 nəfər barəsində edam qərarı çıxarıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluöu məlumat yayıb.

Camal Haşoqqinin qətlində təqsirli bilinən daha üç nəfər həbs cəzasına məhkum edilib.

Eyni zamanda Səudiyyə Krallığının İstanbuldakı konsulunun gühansız olması barədə qərar çıxıb. O, günahsız olması barədə (hadisə baş verən gün başqa yerdə olması) sübutlar təqdim edib.

Qeyd edək ki, xarici media Haşoqqinin konsulluqda necə öldürüldüyü barədə dəhşətli təfərrüatları açıqlayıb. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Xaşoqinin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.

BAKU.WS