SİZİN REKLAM BURADA!
055 213 76 73


Kipr hakimiyyətinin vətəndaşlıqdan məhrum etdiyi ruslar arasında iş adamı, "Rusal" və "En+" holdinqlərinin səhmdarı Oleq Deripaska da var.

BAKU.WS xəbər verir ki, bu barədə "Forbes" jurnalı "Politis" nəşrinə istinadən yazıb.

Bildirilir ki, Deripaskanın iki övladı da Kipr vətəndaşlığından məhrum olunub.
İş adamının ailəsi yerli iqtisadiyyata investisiya qoymaq müqabilində ada ölkəsinin pasportlarını əldə etmişdi.

Noyabrın əvvəlində Kipr hakimiyyəti "Qızıl Pasport" proqramında iştirak edən 26 şəxsi vətəndaşlıqdan çıxardığını elan edib.

BAKU.WS