Güney Azərbaycandakı zəlzələdə yaralananların sayı 500-ü keçib - FOTO

09
noy
2019
15:28
Dünən gecə saatlarında Güney Azərbaycanda baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. BAKU.WS-in məlumatına görə, Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 118 kilometr şərqdə yerin 2 km dərinliyində qeydə alınıb.Zəlzələ Ərdəbil əyalətində də hiss olunsa da, dağıntı və təlafat olmayıb.
Qalereya
Oxşar xəbərlər
Filippində güclü zəlzələ
Bu gün Filippində yenə güclü zəlzələ baş verib.BAKU.WS xəbər verir ki, yeraltı təkanlar "Mindanao" adası yaxınlığında qeydə alınıb.Yerli vaxtla saat 08: 55-də q...