SİZİN REKLAM BURADA!
055 213 76 73


Banqladeşdə yeməyinin içindən tük tapdığı üçün arvadının başını keçəl qırxan ər həbs olunub.

BAKU.WS
xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Məlumata görə, kənd sakinlərinin şikayətindən sonra polis zorakılıq edən şəxsi yaxalayıb. 

Yerli polis rəisi Şariar Xan bildirib ki, ər arvadı tərəfindən düyü və südlə hazırlanmış səhər yeməyində tük tapıb: "O, bundan hirslənib və ülgüclə arvadının başını zorla qırxıb".

Qeyd edək ki, arvadına qarşı bu zorakılığı edən şəxsi 14 ilə qədər həbs cəzası gözləyir. 

BAKU.WS