Bakıda ər arvadının boğazını kəsib. 

BAKU.WS 
APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan APA-ya yaralının vəziyyətinin ağır olduğu bildirilib.  

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS