055 213 76 73
BAKU.WS xəbər verir ki, terrorçulara qarşı əməliyyatı Bingöl bölgəsində Türkiyə Silahlı Qüvvələri və Jandarma Komandanlığı birgə təşkil edib.
Əməliyyat zamanı xüsusi itlərdən istifadə olunub ki, onlar da silah depolarının yerini aşkar ediblər.
Anbarlardan xeyli sayda "Kalaşnikov" avtomatları, 17 ədəd əl bombası, 22 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket qurğusu, 300 güllə, 240 elektrik detonator və başqa sursatlar müsadirə olunub.
BAKU.WS
VİDEO