Ağ Ev rəhbəri Donald Tramp, milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonu Şimali Koreya lideri üçün Liviya modelini təklif etdiyi üçün işdən çıxarıb. 

BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi yazıb. 

"Con bəzi səhvlərə yol verdi. Onun Kim Çen In üçün Liviya modeli haqqında danışması səhv addım idi. Liviya lideri Müəmmar Qəddafi ilə nə baş verdiyinə baxın. Belə bir açıqlama vermək lazım deyildi. Bu bizi yalnız geri atdı", - deyə Tramp jurnalistlərə bildirib.

Tramp hesab edir ki, Şimali Koreya ilə danışıqlar getdiyi bir vaxtda Liviya modelini təklif etmək ağılsız addım olub. 

"İstefa verməmişdən bir gün əvvəl gecə yanıma gəldi. Mənimlə üzbəüz oturdu və mən dedim ki, Con, əgər bu qədər insanla razılıq əldə edə bilmirsinizsə və bir çoxumuz, mən də daxil olmaqla, sizin fikirlərinizlə razı deyiliksə, istərdim istefa verəsiniz”. Və o bunu etdi. Ümid edirəm ki, onda hər şey yaxşı olacaq",-deyə Ağ Ev rəhbəri əlavə edib. 

Qeyd edək ki, Con Bolton Trampın hakimiyyətə gəldiyi müddətdn bəri işdən çıxardığı üçüncü milli təhlükəsizlik müşaviridir.
BAKU.WS