Prezident Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Prezidenti məlumat paylaşıb. "Mən dünən axşam Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım, həmçinin administirasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi", - deyə Tramp qeyd edib.
BAKU.WS