SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ştatların Rusiyadakı səfiri vəzifəsinə namizəd göstərilən Stiven Biqen bu postdan imtina edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Stiven Biqen hazırda ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır.

O, Rusiyaya yeni səfir kimi getməkdən imtina edib və bütün diqqətini Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə yönəltdiyini vurğulayıb.
BAKU.WS