Şimali Koreyanın lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu yollayaraq, onu Ay təqvimi ilə Yeni ilin gəlişi münasibətilə təbrik edib.

BAKU.WS
 virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.

Bildirildiyinə görə, Kim Çen In 20 ölkənin başçısına təbrik məktubu ünvanlayıb. Qeyd olunan siyahıda Putinin adı birincidir.

Məktubun məzmunu açıqlanmır.

Fevralın 5-də KXDR-də Ay təqvimi üzrə Yeni ilin gəlişi bayram edilir. Yerli təqvimə görə, 2019-cu il Çuçxenin 108-ci ilidir. Çuçxe – Kim Çen İnın babası Kim İr Senin yaratdığı Şimali Koreya xalqının ideologiyasıdır. Çuçxe təqvimi isə Kim İr Senin anadan olduğu ildən (1912) hesablanır.

BAKU.WS