VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger Bakıya gəlib.

BAKU.WS-in məlumatına görə, E.Litsenbergerin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu ilin yanvarında Senat tərəfindən təsdiq edilmişdi.

O bu postda 2018-ci ilin martında Azərbaycanda diplomatik missiyasını başa vuran Robert Sekutanı əvəzləyib.

E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, həmçinin ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib.

Səfir jurnalistlərə açıqlanmasında bildirib ki, o və həyat yoldaşı Bakıya gəlməyə şad olublar: "Mən səbirsizliklə ABŞ səfiri kimi öz missiyamın icrasına başlamağı, insanlarla, mədəniyyətlə və rəsmilərlə tanış olmağı, həmçinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üzərində işi gözləyirəm”.

BAKU.WS