SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksikanın "40 ADN" kanalının aparıcısı Xuan Manuel Ximenez canlı yayımda aldığı zərbədən huşunu itirib.

BAKU.WS xəbər verir ki, jurnalist Mexiko şəhərində qadınların zorakılığa məruz qalması barədə reportaj hazırlayarkən hücuma məruz qalıb.

Mitinq zamanı ağ gödəkçəli şəxs tərəfindən üz nahiyəsindən zərbə alan jurnalist hadisədən sonra polisə müraciət edib.

Qeyd edək ki, Meksikada etirazlar iki yeniyetmə qızın polis əməkdaşları tərəfindən zorlamasından sonra başlayıb. Yüzlərlə qadın hər iki insidentin araşdırılması tələbi ilə küçələrə çıxıb.
BAKU.WS
VİDEO