VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
TRT kanalının canlı yayımında xoşagəlməz hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, "Anadolu soruyor" adlı verilişdə qonaqlardan biri qəfil özündən gedib. "Kanal 5" TV-nin nümayəndəsi Abdulkadir Ünal huşunu itirərək canlı yayımda yerə yıxılıb. 

Ünala ilk müdaxiləni verilişin qonaqları edib. Daha sonra huşunu itirən Abdulkadir Ünal xəstəxanaya aparılıb. Reklam fasiləsindən sonra "TRT Haber"in canlı yayımı davam edib. Huşunu itirən jurnalistin vəziyyətinin yaxşı olduğu bildirilib. 

Program bu açıqlamadan sonra başa çatıb. 
 
BAKU.WS