VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanla Qırğızıstan sərhədində yerləşən Voruh kəndində qarşıdurma olub.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, gərginlik bayraq üstündə başlayıb.

Belə ki, Tacikistana məxsus olan, lakin Qırğızıstan tərəfində qalan kəndə taciklər öz bayraqlarını asıb. Bundan hiddətlənən Qırğızıstanın Ak-Sai kəndinin sakinləri taciklərə hücum ediblər.

Tərəflər bir-birinə daş, dəyənək və of tüfəngləri ilə hücum ediblər. Qarşıdurma nəticəsində 16 tacik yaralanıb, biri isə ölüb. Qırğızıstan tərəfində isə aralarında polis və sərhəd xidmətçilərinin də olduğu 14 nəfər yaralanıb.

Qırğızlar Tacikistandan Voruh kəndinə gedən yolu bağlayıblar. Lakin, polislərin müdaxiləsi ilə yol açılıb, ardınca Ak-Sai kəndindən olan 315 nəfər Batken şəhərinə göndərilib.

Xatırladaq ki, mart ayında da Voruh kəndində çaxnaşma çıxmış, 10 tacik yaralanmış, biri isə ölmüşdü.

Qeyd edək ki, gələn həftə iki ölkənin rəhbərinin sərhəd yaxınlığındakı İsfara şəhərində görüşəcəyi gözlənilir.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO