SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində Əsənyurd qəsəbəsində polislər saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan mətbəəyə basqın ediblər.

BAKU.WS “NTV Türkiyə”yə istinadən xəbər verir ki, polisin ilkin axtarışları nəticəsində mətbəədə heç bir maddi sübut tapılmayıb.

Lakin, aparılan təkrar axtarışlar nəticəsində elektrik panellərinin arxasında gizli qapı aşkar edilib. Qapının arxasında gizli saxlanc yerindən 270 milyon 150 min dollar miqdarında saxta ABŞ dolları tapılıb.

Faktla əlaqədar 5 nəfər saxlanılıb. Onların arasında FETÖ təşkilatı ilə əlaqadə şübhəli bilinərək işdən azad edilən bir komissar da var.

Qeyd edək ki, bu, tarix ərzində ələ keçirilən ən böyük miqdarda saxta puldur.
BAKU.WS
QALEREYA