SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu etiraz aksiyasının keçirildiyi parlament binası qarşısında jurnalistlərə deyib.

"Mən belə bir zərurət yaranarsa, problemsiz istefaya gedərəm", - deyə o bildirib.

Həmçinin Ruisya mətbuatı yazır ki, aksiya zamanı iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.
BAKU.WS
VİDEO