Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.

BAKU.WS
 lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri azadlıqdan məhrumetmə ilə əvəzlənib.

Onun evini tərk etməsinə, həmçinin, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulsa da, Kərimova məhkəmə icraçılarının tələblərinə məhəl qoymayıb.

Ölkəsində vergidən yayınma, dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinən Kərimova bundan sonra cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilsə də, yarım ildən sonra onun cəzası yüngülləşdirilərək beş il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) ilə əvəzlənmişdi.

2018-ci ildə Kərimovanın ölkədən qaçaraq Dubaya pənah apardığı xəbəri yayılmışdı.

Aysel
BAKU.WS