SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağıstan Respublikasının baş nazirinin müşaviri Andrey Afonin bu gün oteldə ölü vəziyyətdə tapılıb.


BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, onun cəsədi Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində aşkarlanıb.

 

Hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.


"Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü yazıb.


47 yaşlı Afonin bu ilin yazında Dağıstan respublikasının baş naziri Artyom Zdunovun müşaviri təyin edilib. Buna qəödər isə - 2015-ci ildən "Tatarıstan Respublikası sahibkarlarına dəstək fondu"nun baş direktoru olub.


BAKU.WS