SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın CNN telekanalının Nyu-Yorkdakı ofisinin əməkdaşları təxliyyə olunub.


BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Erik Levinson "Twitter"dəki səhifəsində məlumat verib.

“Hazırda CNN-in Nyu-York ofisindən təxliyyə həyata keçirilir. Ətraf polislə doludur”, - o yazıb.

“Röyters”in məlumatına görə, CNN telekanalının binasına şübhəli bağlama göndərilib. Bu səbəbdən teleşirkətin “Time Warner  Center”dəki ofisi boşaldılmağa başlanıb.

Hətta telekanalın jurnalistləri Poppi Harlou və Cim Sayato canlı yayımı küçədə davam etdirmək məcburiyyətində qalıblar. 

Hüseyn Məmmədsalahov
BAKU.WS