SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

BAKU.WS-in məlumatına görə, "Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub, qatarlara bilet satışı dayandırılıb.

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.
Axtarışlara təlim görmüş itlər də cəlb edilib.

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub.

BAKU.WS