SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərədə nümayiş etdirilən 3800 illik bir gil lövhə tarixin ilk müştəri şikayəti məktubudur.

BAKU.WS Ölkə.Az-a istinadən xəbər verir ki, gil lövhə Şumerlər dövründən qalıb və məktubda bir mis taciri ona keyfiyyətsiz xammal göndərən başqa tacirdən şikayət edir.

Mütəxəssislər mixi yazı ilə yazılan məktubun müştərinin pis vəziyyətdə qalması və əsəbinin sübut etdiyini bildirirlər.

11.6 sm uzunluğu və 2.6 sm qalınlığı olan gil lövhə İraqın cənubundakı qədim Ur bölgəsində tapılıb. Akkad dilində yazılan məktub tərcümə edilib.

Bir köməkçisi ilə göndərilən məktubda Nanni adlı tacir topdan satış taciri Ea-Nasirə yazıb:

“Mənim yanıma gələndə yaxşı keyfiyyətli külçələr verəcəyini demişdin. Amma sözünün üstündə durmadın. Köməkçim Sit-Sinə pis külçə verərək “almaq istəyirsən al, almırsansa çıx get” demisən. Mənim kimi adama bu qədər hörmətsizlik necə edə bilərsən? Sən məni nə sayırsan? Əvvəllər də sənə köməkçilərimlə bir neçə dəfə pul göndərmişəm. Pulumu geri qaytar. Bil ki, bundan sonra səndən keyfiyyətsiz mis almayacam. Külçələri özüm seçəcəm”.

BAKU.WS