SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Səfər ərəfəsində Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

BAKU.WS xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüş, 3 saata yaxın davam  edib. Görüşdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacağı bildirilir.

Reks Tillersonun həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

BAKU.WS