Dağıstanda ekstremist aksiyalara çağırışlarla bağlı “WhatsApp”ın işində çətinliklər yaranıb

Dağıstanda ekstremist aksiyalara çağırışlarla bağlı “WhatsApp”ın işində çətinliklər yaranıb
Siyasət 17

Dağıstanda administrasiyanın ekstremist aksiyalarda iştiraka çağırışların yayılmasının dayandırılması tələblərinə məhəl qoymaması səbəbindən “WhatsApp”ın işində çətinliklər yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a gizli mənbə məlumat verib.

Məluamata görə, xarici messencerin işində ləngimə müvafiq idarələrin antiterror fəaliyyəti ilə bağlıdır.

“WhatsApp administrasiyasına ekstremist aksiyalarda iştirakla bağlı çağırışların yayılmasının qarşısını almaq üçün tələblər göndərilib, lakin onlara məhəl qoyulmayıb”, - mənbə bildirib.

Dağıstandakı "WhatsApp" istifadəçiləri qeyd edirlər ki, iyulun 7-də saat 14:00-dan etibarən messencer fasilələrlə işləyir. Mesajlar uzun gecikmə ilə göndərilir.

Son xəbərlər