SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Feyza Civelekin narkotik almağa çalışdığı Selçuk Ç. barədə "Narkotik ticarəti və ondan istifadə etməsi" maddəsi ilə cinayət işi açılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gün onun məhkəməsi keçirilib. Civelek isə şahid kimi iştirak edirdi.

İstanbul Ağır Cinayətlər Məhkəməsində baş tutan proses zamanı aktrisa spirtli içki ona yetmədiyindən narkotik madə almaq istədiyini bildirib.

“Selçuk Ç-nin nömrəsini dostum vasitəsilə almışam. Aramızda heç bir sevgi münasibəti yoxdur. Həmin gün əhvalım pis idi, spirtli içki də içmişdim. Əhvalım niyə pis idi bunu açıqlamaq istəmirəm. Spirtli içki mənə yetmədiyindən narkotik madə dəqəbul etmək istədim” -deyə, Civelek bildirib.

Xatırladaq ki, bu ilin mayın 14-də Feyza Civelek narkotik maddə sifarişi verən zaman polislər tərəfindən saxlanılıb. O "Kızılcık Şerbeti"ndə çəkilir.

BAKU.WS
QALEREYA