ÜST: Dünyada ilk dəfə insanda quş qripinə yoluxma qeydə alındı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanın quş qripi A(H5N2) virusuna yoluxmasını qeydə alıb.
BAKU.WS xəbər verir ki, yoluxma Meksikada baş verib və bu barədə ÜST-nin Cenevrədəki mərkəzi məlumat verib.
Təşkilat bu xəstəliyin insanlar arasında geniş yayılma riskinin aşağı olduğunu bildirib.
“Bu, dünyada laboratoriya şəraitində təsdiqlənmiş ilk insanın A(H5N2) virusuna yoluxma hadisəsi və Meksikada qeydə alınmış ilk insanın H5 quş qripi virusuna yoluxma hadisəsidir”, deyə məlumatda qeyd olunub.
ÜST-dən bildirilib ki, virusun mənbəyi hələlik məlum deyil. Bununla yanaşı, məlumdur ki, A(H5N2) virusları Meksikada ev quşlarında aşkar edilib.
Ölkənin səhiyyə orqanları yoluxmanın ehtimal olunan mənbəyini müəyyən etmək üçün araşdırma aparır. Mövcud məlumatlara əsaslanaraq, ÜST bu virusla əlaqəli olaraq əhalinin ümumi risqini aşağı qiymətləndirir.
Virusa yoluxan şəxs ev quşları və ya digər heyvanlarla təmasda olmayan 59 yaşlı Mexiko ştatı sakinidir. Bu şəxsdə bir neçə əsas xəstəlik olub. Xəstənin yaxınları bildirib ki, kəskin simptomlar yaranmadan əvvəl o, üç həftə ərzində digər səbəblərə görə yataqda olub.
17 aprel tarixində xəstədə qızdırma, nəfəs darlığı, ishal, ürəkbulanma və ümumi narahatlıq artıb. 24 aprel tarixində xəstə tibbi yardım üçün müraciət edib və respirator xəstəliklər institutuna aparılıb, lakin komplikasiyalar səbəbindən həmin gün vəfat edib.
ÜST açıqlayıb ki,“ev quşları arasında quş qripi virusları dövr etdikdə, yoluxmuş ev quşları və ya çirklənmiş mühitlə təmas nəticəsində insanların yoluxma riski və az sayda yoluxma halları meydana çıxa bilər. Buna görə də, insanlarda sporadik xəstəlik halları gözlənilməz deyil. Daha əvvəl H5 virusunun digər alt növlərinə, o cümlədən A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxma halları qeydə alınıb.
Oxşar xəbərlər
ABŞ-də bir nəfərdə quş qripi aşkarlanıb
ABŞ-nin Texas ştatında quş qripinə yoluxma qeydə alınıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Texasın Səhiyyə Xidmətləri Nazirliyi məlumat...
