SİZİN REKLAM BURADA!
055 213 76 73


"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lenon "Hootenanny" adlı akustik gitarası hərraca çıxarılacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı bu gitaranı 1965-ci ildə buraxdığı "Help!" albomundakı bəzi kompozisiyalarda istifadə edib.

Hərrac gələn ayın 29-30-u tarixlərində baş tutacaq. Musiqi alətinin 800 min dollara (1 milyon 693 min AZN) satılacağı bildirilib. Auksion Nyu-Yorkda "Hard Rock Cafe"də baş tutacaq. 

Gitara bir müddət əvvəl Böyük Britaniyada evlərdən birinin tavanında aşkarlanıb. 50 il idi ki, musiqi alətinin itdiyi bildirilirdi. 

BAKU.WS