SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfsanəvi "The Beatles" qrupunun üzvü Paul Makkartniyə 50 il əvvəl ondan oğurlanmış bas gitarasını qaytarıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.

Söbət skripka formalı korpusa malik "Höfner 500/1" gitarasından gedir.

60-cı illərin əvvəllərində "The Beatles" qurulmazdan əvvəl, 1972-ci il oktyabrın 10-da Makkartni tərəfindən alınmış alət onun mikroavtobusundan oğurlanıb.

Gitaranın axtarışına istehsalçı şirkət başlayıb. Məlum olub ki, aləti Londonun Nottinq Hill sakini oğurlayıb.

Oğru gitaranı çardaqda yerləşən yerli barın sahibinə satıb.

Alət tapılıb dekabr ayında Makkartniyə qaytarılsa da, lakin onun həqiqiliyini müəyyən etmək iki ay çəkib.

81 yaşlı musiqiçinin nümayəndəsi alətin axtarışında iştirak edən hər kəsə minnətdar olduğunu söyləyib

BBC-nin məlumatına görə, gitara bir neçə dəfə əl dəyişdirib.

Britaniya mediasının hesablamalarına görə, alət indi hərraca çıxarılarsa, o, 15 milyon dollara qədər satıla bilər.

BAKU.WS