SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Stavropol vilayətində qəzaya uğrayan Tu-22M3 təyyarəsinin "qara qutu"ları tapılıb.

BAKU.WS-in məlumatına görə, TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

"Qara qutular aşkar edilib - parametrik və səs yazıcıları. Onlar şifrənin açılması üçün hərbi laboratoriyaya göndərilib", - deyə qeyd olunub.

Əlavə olaraq bildirilib ki, qəzaya uğrayan təyyarənin dördüncü ekipaj üzvünün axtarışları davam edir.

Xatırladaq ki, aprelin 19-da Rusiya Hərbi-Kosmik Qüvvələrinin Tu-22M3 təyyarəsi Stavropol diyarının Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha əvvəl 3 ekipaj üzvünün təxliyə edildiyi, bir pilotun axtarışlarının davam etdiyi bildirilib. Təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb.

BAKU.WS