SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə “Baza” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, daha bir neçə nəfər itkin düşmüş hesab edilir.

Qeyd olunub ki, binada plitələrin çökməyə başlaması xilasetmə əməliyyatına mane olur.

***23:44

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.

Bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova teleqramda yazıb.

Ölənlərin sayı isə 5 nəfər təşkil edir.

***21:30

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsinə güclü partlayış baş verib.

“Su-34” təyyarəsi Yeysk şəhəri yaxınlığındakı aerodromdan havaya qalxarkən qəzaya uğrayıb və yaşayış binasının həyətinə düşüb. Sonradan alov 9 mərtəbəli binaya keçib.

Hadisə baş verən yerin yaxınlığında ticarət mərkəzi yerləşir. İnsanlar oradan və yanğın baş verən binadan təxliyə ediliblər.

Rusiya Prezidenti Vladimir Putin Krasnodar vilayətinin qubernatoru və digər aidiyyəti orqanların rəhbərlərinə əhaliyə yardım göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Rusiya FHN yanğın nəticəsində iki nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını bildirib. Yanğın binanın 17 mənzilini bürüyüb.

BAKU.WS
VİDEO

VİDEO