SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdən sonra inşa edilən yaşayış evləri sürətlə tamamlanır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, tunel qəlib sistemi ilə inşa edilən, maksimum 5 mərtəbəli və üfüqi arxitekturaya əsaslanan yaşayış evlərinin bəziləri tamamlanaraq qanuni sahiblərinə təhvil verildiyi halda, tikilməkdə olanların tamamlanması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Kahramanmaraşda 15 min 980, Malatyada isə 7 min 881 ev zəzərçəkənlərin ixtiyarına verilib.

Digər tərəfdən, İkizce, Çamurlu və Gelinciktəpə bölgələrində mənzil tikintisi işləri davam edir.

Xatırladaq ki, 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən ardıcıl iki zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb oldu. 50 mindən çox insanın həyatını itirdiyi zəlzələlərin ardından11 vilayətdə mənzil tikintisinə başlanılıb.

BAKU.WS