SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada, Soçi məhkəməsi bloger Lyutini yeni doğulmuş körpənin ölümünə görə 8 il müddətinə azadlıqdan məhrum edib.

BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, məhkəmə çiy qida bloqqeri Maksim Lyutini körpə uşağının ölümündə təqsirli bilib və kişini 8 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq müəyyən etdi ki, Lyutinin partnyoru evdə uşaq dünyaya gətirib və bloqqer körpəni bir neçə dəfə anasının əlindən alıb və günəşin enerjisi ilə qidalanmağı öyrənməsi üçün onu yeməkdən məhrum edib.

Uşağın halı yorğunluqdan pisləşib - xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Yeməkdən imtina edən və günəş enerjisi ilə qidalanmanın tərəfdarı olan bloqer Maksim Lyuti oğlunun yorğunluqdan ölümündə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamçı tərəf bloqqerin 8,5 il müddətinə ciddi rejimli koloniyaya salınmasını və 100 min rubl cərimə olunmasını tələb edib. Hökm hələ qüvvəyə minməyib.

Məhkəmə zalında bloqqer körpənin ölümünə görə təkcə özünün deyil, həm də uşağın anasının məsuliyyət daşımalı olduğunu deyib.

BAKU.WS
VİDEO