SİZİN REKLAM BURADA!
055 213 76 73


İndoneziyalı karate aktyoru, dublyaj artisti və model Johan Saimim 68 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə IMBD-nin saytında məlumat verilib.

Sənətçinin aprelin 7-də dünyasını dəyişdiyi vurğulanır, ölümünün səbəbi açıqlanmır. İndoneziya mətbuatının məlumatına görə, o, artıq dəfn olunub.

Johan Saimim 1980-1990-cı illərdə “Blood Revenge”, “Midnight Thunder”, “Valley of Skulls “ və “South Sea Legacy” kimi müxtəlif döyüş filmlərində rol alıb. Sonuncu film ona dünya şöhrəti gətirərək onu döyüş janrının aparıcı aktyorlarından birinə çevirdi.

Saimimin filmoqrafiyasına döyüş filmləri ilə yanaşı, teleseriallar və seriallar da daxildir. Ümumilikdə onun 20-dən çox layihəsi var.

BAKU.WS