ABŞ-də bir nəfərdə quş qripi aşkarlanıb

ABŞ-nin Texas ştatında quş qripinə yoluxma qeydə alınıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Texasın Səhiyyə Xidmətləri Nazirliyi məlumat yayıb.
Xəstəyə bu virusun quş qripinə yoluxan inəkdən keçdiyi qeyd edilib. Bu ümumilikdə ABŞ-də quş qripi diaqnozu qoyulan ikinci şəxsdir.
Quş qripi virusu nadir hallarda insandan insana keçə bilir. Bu səbəblə də ictimaiyyət üçün qorxulu vəziyyətin olmadığı bildirilib.
Mütəxəssislər Texas ştatından başqa Kanzas ştatında da quş qripinə yoluxan inəklər aşkarlamışdı. Açıqlamada inəklərin təcili şəkildə karantinə alındığı və iki-üç həftə ərzində sağacaqları qeyd edilmişdi.
Oxşar xəbərlər
ABŞ-də Texas böhranın səbəbi nədir? - Qubernator buna görə Baydenə qulaq asmır - FOTO
ABŞ hökuməti ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi ilə bağlı yurisdiksiya mübahisəsi davam edir. BAKU.WS xəbər verir ki, hazırda Texas ştatı Meksika s...
