SİZİN REKLAM BURADA!
055 213 76 73


"Crocus City Hall"da baş verən terror aktı zamanı Baş Kəşfiyyat İdarəsinin polkovniki Timur Myasnikov da olub. 

Bu barədə “Rusiya Zabitləri” təşkilatının Samara bölməsinin rəhbəri Artur Malivançuk teleqram səhifəsində məlumat verib.

Kəşfiyyat polkovniki konsert zalında əvvəlcə yaralanıb, daha sonra həyatını itirib. 

Onun məzuniyyətdə olduğu və Moksvaya istirahət üçün qaytdığı bildirilir. Konsert zalında polkovniklə yanaşı xanımı və övladı da olub.

Malivançuk qeyd edib ki, polkovnik Timur Myasnikov Kosovo, Tacikistanda xidmət aparıb, həmçinin Ukraynada gedən döyüşlərdə iştirak edib. 

BAKU.WS