SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya İşlər Nazirliyi (DİN) “Crocus City Hall" konsert zalına hücum edən terrorçuların avtomobilini müşahidə kameralarından istifadə edərək müəyyən edə bilib.

Bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, terror aktı baş verən gün Rusiya Daxili İşlər Nazirliyinin Krasnoqorsk üzrə polis rəisi, polkovnik Maksim Myaqkov və onun müavini, polis polkovnik-leytenantı Dmitri Novikov hadisə yerinə gediblər.

Onlar yanan binaya daxil olublar və yanğın server otağına keçməzdən əvvəl terror aktında şübhəli bilinən şəxslərin video görüntülərinə baxıblar. Görüntülər hüquq-mühafizə orqanlarına terrorçuların marşrutunu müəyyən etməyə imkan verib.

Qeyd edək ki, Rusiya polisi FTX əməkdaşları ilə birgə dördüncü mərtəbəyə qalxdıqdan sonra qapını sındıraraq videomateriallara baxıb. Görüntülərdə onlar cinayətkar olduğu iddia edilən şəxslərin tərk edə biləcəyi avtomobili müəyyənləşdiriblər. Bu məlumat sayəsində müstəntiqlər şübhəlilərin hara getdiyini öyrənərək onları saxlayıblar.

BAKU.WS