SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı fonunda sakinlərin psixoloqlara müraciəti artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, xəstələr panik atak və depressiya ilə bağlı kömək istəyirlər.

Bundan əlavə, "Alter" platformasında psixoloqlara müraciətlərin sayı 25 faiz artıb.

İnsanlar narahatlığın artmasından və əsas təhlükəsizlik hissinin itirilməsindən şikayətlənirlər.

Həmçinin bildirilir ki, onlar arasında ikinci dərəcəli travması olan, yəni əvvəllər terror aktının və ya digər fəlakətin episentrində olan xəstələr var.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb.

BAKU.WS