SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Həştərxan vilayətində azərbaycanlı TIR sürücüsü qəza zamanı həyatını itirib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, dünən Salyan rayonunun Kürkənd sakini 46 yaşlı Heydərov Elşən Ağamirzə oğlu həyatını itirib.

Azərbaycanlı sürücü İrandan Rusiyaya yük apararkən qəzaya düşüb. Belə ki, onun idarə etdiyi "12-ZB-358" dövlət nömrə nişanlı yük avtomobili taxıldaşıyan maşınla toqquşub.

BAKU.WS
VİDEO