SİZİN REKLAM BURADA!
055 213 76 73


Perunun baş naziri Alberto Otarola barəsindəki korrupsiya ittihamlarından sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Baş nazir mətbuata açıqlamasında prezident Dina Boluarte ilə görüşündən sonra vəzifəsindən istefa verdiyini bildirib.

O, istefa qərarına görə keçmiş prezident Martin Vizkarranı günahlandırıb və hökuməti sakitləşdirmək üçün bu qərarı verdiyini vurğulayıb.

"Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Bütün araşdırmalara açığam və bütün bunların arxasında cənab Martin Vizkarranın durmasından əminəm. Həyatım və peşəkar karyeram boyunca həmişə əxlaq və qanunun aliliyinə inanmışam",-deyə Otarola qeyd edib. 

Qeyd edək ki, Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra prokurorluq baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı istintaq başladıb. 

BAKU.WS