SİZİN REKLAM BURADA!
055 213 76 73


Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü dövlət başçısı kimi and içib.

BAKU.WS xəbər verir ki, andiçmə mərasimi parlamentin tviter səhifəsində canlı yayımlanıb.

Buna qədər isə Peru parlamenti prezident Pedro Kastilyoya impiçment elan edib və polis onu axtarışa verib.

Pedro Kastilyo parlamentin buraxılması və komendant saatının tətbiqi barədə sərəncam imzalasa da bu onu xilas etməyib. Belə ki, təhlükəsizlik qüvvələri onu saxlayıb.

Pedro Kastilyoya Cinayət Məcəlləsini 346-cı (üsyan təşkil etmək) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

BAKU.WS