SİZİN REKLAM BURADA!
055 213 76 73


"Kurtlar Vadisi"nin Memati Başı Gürkan Uygun yeni seriala çəkilir.

BAKU.WS xəbər verir ki, o "Mevzu Derin" adlı ekran işində rol alacaq.

Serialda Gürkanın tərəf müqabili cazibədar aktrisa Melike İpek Yalova olacaq.

Ekran əsərinin rejissoru Doğan Ümit Karaca, senari müəllifi isə Yusuf Reha Alpdır.

Serialın ilk mövsümdə 10 bölümü yayımlanacaq. Süjet xəttində şər qüvvələrə qarşı mübarizə aparan Ali Reşatın həyatından bəhs olunacaq.

Melike İpek Yalova Derin obrazını canlandıracaq. O serialda Gürkanın həyat yoldaşı olacaq.

Xatırladaq ki, 49 yaşlı Gürkan Uygun uzun müddətdir şəhər həyatından uzaqlaşaraq kənddə yaşayırdı.

BAKU.WS