SİZİN REKLAM BURADA!
055 213 76 73


Şaquli video platforması olan “TikTok” istifadəçilərdən telefonlarını çevirərək üfüqi videolar çəkməyə başlamalarını istəyir.

BAKU.WS xəbər verir ki, bəzi istifadəçilərə bildirişlər göndərən proqram məzmun yaradıcılarını bir dəqiqədən uzun üfüqi videolar yayımlamağa təşviq edir.

TikTok həmçinin məzmun yaradıcıları üçün "Video View Booster" adlı funksiyanı işə salıb.

Bu funksiya üfüqi vəziyyətdə ən azı 1 dəqiqəlik daha çox video tövsiyə edir və bununla da baxışların sayını artırır.

Platformada üç aydan artıq qeydiyyatdan keçmiş məzmun yaradıcıları reklam etmədikləri və siyasətlə əlaqəsi olmadığı halda bu yolla öz videolarının baxış sayını artıra biləcəklər.

Bundan öncə isə “TikTok”un video müddətini 30 dəqiqəyə qədər artıracağı qeyd okunmuşdu.

Bütün bu xüsusiyyətlər sayəsində şirkət birbaşa “YouTube” ilə rəqabət aparmaq istəyir. Yeni funksiyalar hazırda sınaq mərhələsində olduğundan onların nə vaxt istifadəçilərə təqdim ediləcəyi barədə dəqiq məlumat yoxdur.

“TikTok” tərəfindən edilən bu dəyişiklik onun YouTube ilə rəqabətində mühüm addım kimi qiymətləndirilir. “YouTube” uzun illərdir ki, video paylaşma platforması bazarında liderdir.

Bununla belə, dəyişikliyin “TikTok”un qısa video formatının cəlbediciliyini azaldıb-azaltmayacağı da maraq doğurur.

BAKU.WS
QALEREYA