SİZİN REKLAM BURADA!
055 213 76 73


“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok”un verdiyi açıqlamada bu proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib.

Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.

BAKU.WS