SİZİN REKLAM BURADA!
055 213 76 73


Musiqi ilə məşğul olmağın yaddaşı mühafizə edərək irəliləyən yaş dövləridə beyin sağlamlığını qorumağa kömək etdiyi məlum olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyalı alimlər musiqi ilə məşğul olan və olmayan insanların beynin necə yaşlandığını araşdırıblar.

Tədqiqatlar 40-68 yaş arası 1100 adam arasında aparılıb. Təcrübələr zamanı onlar musiqi alətində ifa ediblər, musiqi dinləyiblər, musiqi notları oxuyublar.

Araşdırmalardan sonra musiqi ilə məşğul olan və olmayan insanların nəticələri qarşılaşdırılıb.

Məlum olub ki, pianino və sintizatorda ifa etmək beyin sağlamlığı üçün çox faydalıdır. Eyni zamanda mahnı oxumağın yaddaşı gücləndirdiyi də ortaya çıxıb. 

Professor Anne Korbettin BBC-yə açıqlaması zamanı bu tədqiqatın çox həssas testlər əsasında həyata keçirildiyini bildirib. O musiqi alətində ifa etməyin və mahnı oxumağın beyinə olduqca böyük faydası olduğunu qeyd edib:

"Bu araşdırmalar insanlarda demans xəstəliyini (Müxtəlif xəstəliklərə bağlı olaraq beyin funksiyalarının itkisi nəticəsində, yaddaş, düşüncə, danışma, qiymətləndirmə və davranışlardakı pozuqluqla seyr xəstəlikdir) aktiv olaraq azaltdığını və musiqinin insan beyni üçün əhəmiyyətli olduğunu ortaya çıxardı".

Böyük Britaniyada "Dementia UK" adlı qurum da mahnı oxumaq və musiqi alətlərində ifa etməyin demans xəstələri üçün faydalı olduğunu qeyd edib. 

BAKU.WS