SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın ilk homoseksual baş naziri, 34 yaşlı Qabriel Attal kabinetini açıqlayıb.

Attal üzük taxıb bir müddət birgə yaşadığı, keçən il isə ayrıldığı, keçmiş sevgilisi Stefan Sejourneni xarici işlər naziri təyin edib.

Beləliklə, Prezident Makronun “Renessans” partiyasının lideri, 38 yaşlı Sejourne ölkənin ən gənc xarici işlər naziri olub.

Qeyd edək ki, Fransada Elizabet Borne və hökuməti yanvarın 8-də istefa verdikdən sonra Qabriel Attal baş nazir təyin olunub. Ölkənin ilk gey baş naziri olan 34 yaşlı Attalın formalaşdırdığı kabinet birmənalı qarşılanmayıb.

Stefan Sejourne 26 mart 1985-ci ildə Versalda anadan olub. 2014-cü ildə o, həmin vaxt iqtisadiyyat naziri postunu tutan Emmanuel Makronun müşaviri vəzifəsinə təyin edilib. Sonuncunun 2017-ci ildə keçirilən prezident seçkilərində qələbəsindən sonra Sejournet onun siyasi müşaviri olub.

2019-cu ildən Avropa Parlamentinin üzvüdür və "Avropanı Yenilə" siyasi qrupuna rəhbərlik edir. 2022-ci ilin sentyabrından - Fransa Prezidentinin İntibah Partiyasının lideridir.

Sejournet qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətmir. O, ölkənin yeni baş naziri Qabriel Attallabir müddət birgə yaşayıb. 

Məlumat üçün bildirək ki, Fransa parlamentindəki dəyişiklik zamanı gözlənildiyi kimi əsas nazirlər - daxili işlər naziri Jerald Darmanin, maliyyə naziri Bruno Le Maire, müdafiə naziri Sebastien Lekornu və ədliyyə naziri Erik Düpon-Moretti öz vəzifələrini saxlayıblar.

BAKU.WS
QALEREYA