SİZİN REKLAM BURADA!
055 213 76 73


Kosmosun dərinlikləri öz sirli quruluşu ilə insanları daima təəccübləndirir. Alimlərin tapdığı yeni planet də onlardan biridir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 563.270 kilometr uzunluğunda (Yerlə Ay arasındakı məsafədən daha uzun) quyruğu olan bu planet Yupiter ölçüsündədir.

WASP-69b adlanan planet Yerdən 160 işıq ili uzaqlıqda yerləşir. Havaydakı W. M. Keck Rəsədxanasının tədqiqatçılarının müşahidə etdiyi planetin quyruğu kosmosa səpdiyi helium qazından əmələ gəlir.

Kaliforniya Universitetində astrofizika üzrə doktorantura namizədi və tədqiqatın aparıcı müəllifi Dakotah Tayler qeyd edib ki, planetin əvvəlki müşahidələrində ya çox qısa quyruğu olub, ya da ümumiyyətlə quyruğu olmayıb:

“Ancaq son müşahidələrimizdə biz helium quyruğu göstərə bildik. O, nəhəng planetin öz diametrindən 7 dəfə uzundur”.

WASP-69b-nin orbitinin öz ulduzuna çox yaxın olduğu və cəmi 3,9 Yer gününə tamamlandığı bildirilir. Həmçinin deyilir ki, ulduzdan gələn istilik planetin atmosferini yandırır. Bunu aşağıdakı dizaynda görmək mümkündür:

Hesablamalara görə, alimlər WASP-69b-nin hər 1 milyard ildən bir Yerin kütləsi qədər qaz itirdiyini düşünürlər. Əlbəttə, onu da qeyd etməliyik ki, planet Yerdən demək olar ki, 90 dəfə böyük olduğu üçün onun hələ də itirəcək çoxlu qazı var.

BAKU.WS
VİDEO