SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Silahlı Qüvvələrinin (SAXAL) yüksəkçinli rəsmiləri Qəzza zolağında aşkar olunan tunelə baxış keçiriblər. 

SAXAL-ın Baş Qərargah rəisi Herzi Halevi və İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar Qəzzanın cənubundakı Xan Yunisin altındakı tunellərə şəxsən baxıblar.

Halevi və Barı Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman və hərbi kəşfiyyat (AMAN) rəisi general-mayor Aharon Xaliva müşayiət edib.

Baş Qərargah rəisi tunellərə baxış keçirdikdən sonra etiraf edib ki, müharibə mürəkkəb məskunlaşmış ərazidə gedir. Onun sözlərinə görə, döyüşlərin məqsədi şəhərin geniş ərazilərini və yeraltı infrastrukturunu nəzarətə götürməkdir. 

BAKU.WS
VİDEO