SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 17-də İrəvanda "qanuni oğru"lar arasında baş vermiş insidentdən sonra Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsi, Yerevan Şəhər Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nor Nork Polis İdarəsinin əməkdaşları 10 MO 010 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil və 11 OT 001 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili aşkar ediblər. 

Adı çəkilən avtoobillər Nor Nork Polis İdarəsinin xüsusi mühafizə olunan ərazisinə aparılıb.

Bu barədə Shamshyan.com xəbər verib.

Polis "qanuni oğrular" arasında baş verən insidentin iştirakçılarının bu avtomobillərlə gəldiyindən şübhələnir.

Qeyd edək ki, noyabrın 17-də İrəvanda qanuni oğrular arasında baş vermiş insidentlə bağlı cinayət işi çərçivəsində saxlanılan Arsen Yerevanski, Arsen Mkrtçyan azadlığa buraxılıb və həbs edilməyib.

Vəkil Hovsep Sarkisyan bildirib ki, prosesi aparan orqan Mkrtçyanın barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət qaldırmayıb və Mkrtçyanın həbsi ilə bağlı qərardan məhkəməyə şikayət verilib, o, təmin edilib.

Məhkəmə həbsi qanunsuz hesab edib. Vəkil eyni hadisə ilə bağlı həbs edilən Vitya Tbilisski ilə qarşıdurmanın olub-olmaması barədə məlumat verməyib.

Xatırladaq ki, noyabrın 17-də günorta İrəvanın David Bek küçəsində “Arsen Yerevanski” və “Vitya Tbilisski” adlı "qanun oğru"lar, o cümlədən tərəfarları arasında insident baş verib. İştirakçı olduğu iddia edilən 12 nəfər saxlanılıb.

BAKU.WS