SİZİN REKLAM BURADA!
055 213 76 73


“Məlumatlı Vətəndaşlar İttifaqı” qeyri-hökumət təşkilatının Ermənistan parlamentinin spikeri Alen Simonyanın vətəndaş Karen Mkrtçyanın üzünə tüpürməsi ilə bağlı təqdim etdiyi hesabata əsasən, ona qarşı heç bir cinayət işi başlanmayacaq.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu “NEWS.am”a müsahibəsində İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

“Əsas olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı protokol tərtib olunub”, - Abramyan bildirib.

Təşkilat xuliqanlıq (2021-ci il Cinayət Məcəlləsinin 297-ci maddəsi) və ya qeyri-qanuni azadlıqdan məhrum etmə ilə bağlı cinayət işi başlamaq üçün parlament sədrinin vətəndaşın üzünə tüpürməsi ilə bağlı prokurorluğa ərizə təqdim edib.

Daha sonra prokurorluq İstintaq Komitəsinə hesabat göndərib.

Xatırladaq ki, aprelin 3-də K.Mkrtçyan feysbukdakı səhifəsində A.Simonyanı satqın adlandırdığını, bundan sonra Simonyan mühafizəçilərinə onu tutub üzünə tüpürməyi əmr etdiyini yazıb.

Alen Simonyan sosial şəbəkə hesabındakı paylaşımında insidenti inkar etməyib.

Sizin həyasızlığınız cavabsız qalmaması üçün “qulaqlarınızı dikin” Ermənistan Respublikasının qanuni hakimiyyətini təhqir etməyə hüquqi cavab veriləcək”, - Simonyan bildirib.

BAKU.WS